NATO sammiti ilə bağlı XƏBƏRDARLIQ: Müharibə riski…

image-3efcc029-97c7-4792-b689-e96f8297f232backend

“İyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti əslində sülhə yox, müharibəyə yol açır”.

Busaat.az xəbər verir ki, bunu konqresmen Marjorie Taylor Greene “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Məni ən çox narahat edən odur ki, NATO Vaşinqtonda bu həftə çox güman ki, sülhə aparan aydın yol əvəzinə dünya müharibəsinə “dönməz” yol çizəcək”, – ABŞ Respublikaçılarının sözçüsü xəbərdarlıq edib.

Taylor Greene izah edib ki, bu tədbirin iştirakçıları guya Kiyevi dəstəkləyirlər, lakin hamısı Ukraynada münaqişənin davam etdirilməsindən danışırlar.

Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki