Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 956 $▲1.32%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

"Naxçıvan Bank" bağlanır? - Rəsmi açıqlama verildi

image-1702537826_naxcivanbank
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə kütləvi informasiya vasitələrində Azərbaycanın yeganə regional bankı olan “Naxçıvan Bank”ın bağlanacağı barədə xəbərlər yayılıb.

Busaat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) məsələ ilə bağlı açıqlama verilib.

Mərkəzi Bank APA-ya bildirib ki, “Naxçıvan Bank” bütün prudensial tələblərə riayət edir.

“Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir”, – açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən “Naxçıvan Bank”ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.

Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu “Naxçıvan Sığorta”nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.

Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq “Naxçıvan Sığorta”nın lisenziyası ləğv edilib və portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130610