Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 772 $▼3.59%
  • Ethereum1 844 $▼4.32%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Naxçıvanda bir gündə bütün Azərbaycan bayraqları yığışdırıldı — Sensasion AÇIQLAMA

image-bayraq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun antiAzərbaycan  addımları haqda son günlər mediada iddialar səslənməkdədir.

Belə məlumatlardan birini də “Yeni Sabah”a MR-da xidmət edən yüksək rütbəli şəxslərdən biri verib. O, bildirib ki, İran Azərbaycanla sərhəddə ilk təlimi keçirdiyi vaxtdan Naxçıvanda Talıbov tərəfindən anlaşılması mümkün olmayan addımlar atılıb. Bunlarda biri də həmin vaxt bütün MR ərazisində küçələrdə, dövlət idarələrində Azərbaycan bayraqlarının yığışdırılması olub:

“Nə üçün belə bir qərar verildiyini anlaya bilmədik. Bir günün içərisində hər yerdən bayraqlar yığışdırıldı. Təkcə mərkəzdəki Bayraq Meydanındakı bayraq saxlanıldı. Bizim hərbi hissəyə də Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tərəfindən belə bir tapşırıq gəldi. Bayraqların hamısını yığışdırıb anbara qoydular.

Təkcə bu deyildi. Həmin təlimdən sonra Naxçıvan ordusunda rütbəni bildirən şevronların qola vurulması da Azərbaycan ordusundan fərqli şəkildə yerləşdirildi. Sanki Naxçıvan Ordusu tamamilə başqa bir ölkənin ordusu idi”.

Müsahibimiz deyir ki, Naxçıvan ordusunda yüksək rütbəli zabitlərin, Vətən Müharibəsi iştirakçılarının məcburi olaraq iməcliklərə aparılması böyük narazılıqlara səbəb olub: “Təsəvvür edin ki, polkovnik, polkovnik-leytenant, Vətən Müharibəsində Şuşaya qədər döyüşlərdə iştirak edən xüsusi təyinatlıların əlinə bel verirlər ki, küçədə ağac dibi belləməlisən, zibil yığmalısan. Etiraz etmək mümkün deyil. Ən xırda etiraz belə Kərəm Mustafayevə çatdırılır, o isə dərhal həmin zabitlə bağlı tədbir görür: vəzifədən azad edir, rütbəsi kiçildilir və yaxud da  müxtəlif yollarla o adamı şərləyin cinayət işi açırlar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95303