Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 579 $▼3.88%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Naxçıvanda biznesmen namizəd Siyavuş Novruzovu çətinə salıb

image-editor_9e3e5a587d0b09a98c94523faeb27a7c_8jf2ni5uaprkt1leo07y-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviğat mərhələsi davam edir. Bir sıra dairələrdə gözlənilməz şəxslərin uğurlu seçki kampaniyası gözlənilmədən həmin namizədləri önə çıxarıb. Belə dairələrdən biri də 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi xüsusi diqqət çəkir.

Tribunainfo.az xəbər verir ki, bu dairənin fovoriti YAP-ın namizədi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur. Lakin təbliğat-təşviqat dövründə Siyavuş Novruzovun rəqibi Naxçıvanda tanınmış iş adamı “NN Residence”nin təsisçisi Nurlan Vəliyevin apardığı uğurlu seçki kampaniyası 25 illik deputat Siyavuş Novruzovu çətin vəziyyətə salıb.

Yerlərdən gələn məlumatlar sübut edir ki, tanınmış iş adamının apardığı təbliğat nəticəsində YAP-ın əsas funksionerlərindən biri olan S.Novruzov dalana dirənib.

Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Naxçıvan şəhərinin rəhbərliyi 2 saylı Seçki Dairəsində yaranmış vəziyyətlə bağlı YAP rəhbərliyinə məruzə edib və S.Novruzovun şanslarının olduqca aşağı olduğu qeyd olunub. Bildirilir ki, vəziyyət belə davam edərsə, tanınmış işa adamın bu dairədən deputat seçiləcəyi daha real görünür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145609