Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.42 $▼0.44%
  • WTI neft88.50 $▼0.07%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.165 $▼2.01%
  • Qızıl3 876 $▼0.27%
  • Gümüş47.51 $▼3.28%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 905 $▼0.63%
  • Ethereum1 821 $▼0.76%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Naxçıvanda daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı - Yeni təyinat

image-1680853949_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Busaat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin olunub.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov F.Bağırovu kollektivə təqdim ediblər.

Təqdimatdan öncə F.Nəcəfli və T.Budaqov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Təqdimat zamanı Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdırılıb.

F.Nəcəfli və T.Budaqov işlərin dövrün tələblərinə uyğun qurulması, fəaliyyətin yenidən və çevik formada təşkili barədə yeni rəhbərliyə öz tapşırıq və tövsiyyələrini çatdırıblar.

Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106160