Nazim Ağayevin 500 minlik rüşvəti araşdırılacaqmı? – FOTO

image-untitled-1backend

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun Mədəniyyət Nazirliyinin Regional idarələrindən aldığı rüşvətin məbləği açıqlanıb.Məlum olubki uzun illər Xaçmaz regional idarəsinin rəisi olan Nazim Ağayev bu vaxta qədər müxtəlif vaxtlarda Rafik Bayramova 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət verib.
Rafiq Bayramov 2021-ci ilin avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bəs Rafik Bayramova ümumilikdə 525 000 manat rüşvət verən Nazim Ağayev barədə niyə tədbir görülmür?Qeyd edəkki o bir müddət bundan əvvəl tutduğu vəzifədən azad olunub.Amma nədənsə yarım milyondan çox rüşvət verən bu şəxs barəsində hələdə hüquqi tədbir görülmür.Hələ bu azmış kimi Xaçmaz RİH-nin başçısı Elnur Rzayev Nazim Ağayevə jest edərək onun oğlunu,Emin Ağayevi Xaçmaza MER təyin edib.Qeyd edəkki Nazim Ağayevin bir oğlu da Xaçmaz RİH başçısının Çinartala İƏD-nin nümayəndəsi vəzifəsində çalışır.
Nazim Ağayev Rafik Bayramova verdiyi o 525 000 manatı hardan oğurlamışdı?

image-emin1

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90