Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.42 $▼0.44%
  • WTI neft88.50 $▼0.07%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.165 $▼2.01%
  • Qızıl3 876 $▼0.27%
  • Gümüş47.51 $▼3.28%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 905 $▼0.63%
  • Ethereum1 821 $▼0.76%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Nazir 35 yaşlı alimi yüksək vəzifəyə təyin etdi - FOTO / DOSYE

image-1464862
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Arzu Kamal oğlu Abdullayev Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2023-cü ilin aprel ayında Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Busaat.az onun dosyesini təqdim edir:


Arzu Kamal oğlu Abdullayev 1987-ci ildə Ordubad royon Üstüpü kəndində anadan olub. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya fakültəsinin “tarix” ixtisasına qəbul olunub. 2010-cu ildə həmin fakültəni fərqlənmə ilə bitirib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını fərqlənmə ilə bitirib. 2007-2010-cu illərdə elmi və ictimai fəaliyyətinə görə Heydər Əliyev təqaüdünə layiq görülüb. 2009-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri kimi çalışmışdır. 2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini olmuşdur. 2009-cu ildə ilin “Ən yaxşı tələbə gənci”, 2012-ci ildə “İlin ən yaxşı magistrantı” seçilib.

2014-2018-ci illərdə “Vətən tarixi” üzrə doktorantura təhsili alıb. Əmək fəaliyyətinə 2013-cü ildə Naxçıvan Dövlət Universitetində”Ümumi tarix” kafedrasının müəllimi kimi başlayıb. Daha sonra kafedra dəyişikliyi olaraq “Beynəlxalq münasibətlər” kafedrasında müəllim və hazırda baş müəllim kimi çalışır. 2014-2019-cu illərdə “İstedad-XXI əsr”” MMC-də direktor müavini, 2019-2021-ci illərdə icraçı direktor vəzifələrini icra edib. 2021-ci ildə “Vətən tarixi” üzrə müdafiə edərək, həmin ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2021-ci ilin mart ayından elmi-pedaqoji fəaliyyətlə yanaşı Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədridir.

4 kitabın, 6 proqramın, 40 elmi məqalənin, o cümlədən 10-a yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, 10-dan çox layihənin müəllifidir.

Dövlət proqramı çərçivəsində Türkiyə, İran, Rusiya, Gürcüstan, Qətər, Çin və Cənubi Koreyada olub.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fərqləndiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2007-ci ildən YAP-ın üzvüdür. 2018-ci ildən Jurnalistlər birliyinin üzvüdür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106162