Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 526 $▲2.21%
  • Ethereum1 829 $▲3.45%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Mədəniyyət

"Nazir Mikayıl Mirzəni sevmirdi, hər şey bundan başladı" - Vida mərasimləri niyə keçirilmir?

image-1677054827_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mərhum Xalq artisti Ramiz Novruzun vida mərasimində Mədəniyyət Nazirliyinin 4 nümayəndəsi iştirak edib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti Əli Nur mərhum Ramiz Novruzun vida mərasiminin Akademik Milli Dtam Teatrında keçirilməməsilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.

Aktyor bildirib ki, mərhumun cənazəsi saat 14:00-da götürüməli imiş: “Yəni, bizdəki məlumat belə idi. Adətən, dünyasını dəyişən sənət adamlarını saat 14:00-da götürüblər. Ona görə söz-söhbət düşdü. Amma Ramiz müəllimin cənazəsi gec götürüldü. Nazirlik nümayəndələri də mərasimə cənazə götürülənə yaxın gəldilər. Vida mərasimində iştirak edənlərin say-hesabı bilinmirdi, hər yerdən qonaqlar var idi”.

Əli Nur sənət adamlarına çalışdığı teatrda vida mərasimlərinin keçirilməməsinin səbəbini belə izah edib: “Bu ənənə rəhmətlik Mikayıl Mirzənin dəfn olunmasından başlayıb. Həmin vaxt Polad Bülbüloğlu mədəniyyət naziri idi. Polad Bülbüloğlu Mikayıl Mirzəni xoşlamırdı. Mikayıl Mirzə istəyirdi ki, teatr inkişaf eləsin, dünyaya çıxsın, yaxşı tamaşalar qoyulsun. Beləcə, onların arasında narazılıq yarandı. Mikayıl Mirzə öləndə icazə vermədilər ki, onun cənazəsi teatrdan götürülsün, ondan sonra aktyorlara vida mərasimi keçirilməməsi ənənəsi davam elədi. Yeganə mərhum Xalq artisti Amaliya Pənahova dünyasını dəyişəndə ona Akademik Milli Dram Teatrda vida mərasimi keçirildi. Başqa heç kimə icazə verilmədi”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra fevralın 22-də dünyasını dəyişib. Aktyora vida mərasimi keçirilməməsi, cənazəsinin Akademik Milli Dram Teatrından götürülməməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Bundan əlavə, mərhumla evində keçirilən vida mərasiminə Mədəniyyət Nazirliyindən heç bir nümayəndənin qatılmadığı da söz-söhbətə səbəb olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101496