Nazirlikdən “dərmanlarımı ala bilmirəm” deyən Xalq artisti ilə bağlı AÇIQLAMA: “Yardım edirik, lakin ictimailəşdirmirik”

Nazirlikdən “dərmanlarımı ala bilmirəm” deyən Xalq artisti ilə bağlı AÇIQLAMA: “Yardım edirik, lakin ictimailəşdirmirik”backend

Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin biganə qalması ilə bağlı məlumatlar yayılıb.

Busaat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir:

“Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində davam etdirilib. Xəstəxanada nazirliyin səlahiyyətli nümayəndələri aktyoru ziyarət edib və həkimlərlə Ramiz Məlikin sağlamlıq durumu haqqında danışıblar. Xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları mütəmadi ünsiyyətdə olublar. Son günlər Ramiz Məlik evə buraxılıb və müalicəsi davam edir”.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi incəsənət xadimləri, mədəniyyət sahəsində xidmətləri olan sənətçilərin rifahının yaxşılaşdırılması, problemlərinin həll olunması istiqamətində daim işlər aparır və müvafiq dəstək göstərir:

“Sadəcə humanizm və etik prinsiplərə əsaslanaraq görülən bu işlər ictimailəşdirilmir”.

Qeyd edək ki, ustad sənətkar bir müddət əvvəl Qaynarinfo-ya verdiyi açıqlamasında dərmanlarını ala bilmədiyindən şikayətlənərək kömək istəmişdi:

“Səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlanlar oldu. Dedi ki, “Ramiz müəllim, sizə kömək etməyə hazırıq”.

Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan öd tutub yanır. Aidiyyati qurumlardan mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki