Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.25 $▲1.65%
  • WTI neft86.53 $▲1.79%
  • Avropa qazı (TTF)85.40 €▲1.61%
  • Təbii qaz (ABŞ)3.140 $▲1.72%
  • Qızıl3 877 $▲0.00%
  • Gümüş47.62 $▲0.28%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.00 ¢▼0.42%
  • Bitcoin64 195 $▼0.96%
  • Ethereum1 787 $▼1.74%
  • S&P 5007 342▼1.05%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

Nə üçün sol böyür üstə yatmaq lazımdır?

image-1590661076_screenshot_3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hansı vəziyyətdə yatmaq sağlamlıq üçün daha faydalıdır?

Bu suala cavab vermək üçün alimlər onlarla araşdırma və eksperiment aparıblar. Bir çox belə araşdırmaların nəticələri göstərir ki, məhz sol böyür üstə yatmaq sağlamlıq üçün daha faydalıdır.

Busaat.az Saglamolun.az-a istinadla xəbər verir ki, Norveç və Danimarka alimləri 2 il ərzində 1000-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Alimlər belə qərara gəliblər ki, insanın sağlamlığına və əhvalına onun yatdığı poza çox ciddi təsir edir.

Alimlər qeyd edir ki, sol böyürü üstə yatan insanlar yuxu zamanı daha yaxşı dincəlir və bərpa olunur və onların sağlamlığı digər pozalarda yatanlarla müqayisədə daha möhkəmdir.

Böyür üstə yatan qadınlar daha çox yaşayır. Tədqiqatçılar aşkar ediblər ki, qadınlar böyür üstə yatmağı kişilərlə müqayisədə daha çox sevir. Alimlərin fikrinə görə, qadınların kişilərdən daha çox yaşamağı da o cümlədən bununla da bağlı ola bilər.

Sol böyür üstə yatmaq nə üçün faydalı sayılır?

– Belə vəziyyətdə mədə qida borusundan aşağıda yerləşir ki, bu da mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir, qıcqırma, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi pozulmaların qarşısını alır.

– Qan dövranı və o cümlədən beyin qan dövranı üçün faydalıdır.

– Xoruldamanın riskini azaldır. Xoruldama zamanı insanda nəfəsalmanın ani dayanması mümkündür ki, bu da erkən ölümün riskini artırır. Həm də xoruldayan insanlar gecə pis yatır və səhər yorğun və halsız olur.

Alimlər qeyd edir ki, ürək çatışmazlığından əziyyət çəkən və infarkt keçirdən insanlar sol böyürü üstə yatmamalıdır. Bu onlara ziyan vura bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64855