Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.51%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nigerdə ​​terror aktı nəticəsində 12 əsgər həlak oldu

image-niger-esgeri
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nigerdə ​​törədilən terror aktı və ardınca baş verən yol qəzasında 12 əsgər həyatını itirib.

Busaat.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, paytaxt Niameydən 200 kilometr aralıda Tillaberi bölgəsindəki Kandadji şəhərində naməlum şəxslər motosikllə ordunun mövqelərinə hücum ediblər.

Basqında 7 əsgər həlak olub. Hücuma məruz qalan birliyi gücləndirmək üçün yola çıxan 5 əsgər isə yol qəzasında həyatını itirib.

Terrorçularla qarşıdurmada 100-ə yaxın terrorçu zərərsizləşdirilib. Onların silahları və motosikletləri müsadirə edilib.

Xatırladaq ki, avqust ayında Tillaberi bölgəsində iki fərqli şəhərdə törədilən iki ayrı terror hücumunda ümumilikdə 29 əsgər həyatını itirmişdi.

Tillaberi “3 ölkə sərhədi” kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Sözügedən sərhəd xətti Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının tez-tez hücumlarına məruz qalır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123668