Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 235 $▼1.45%
  • Ethereum1 903 $▼1.28%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nigerdə ​​terror aktı nəticəsində 29 əsgər həlak oldu

image-niger-esgeri
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nigerin Mali sərhəddində törədilən terror aktı nəticəsində 29 əsgər həyatını itirib.

Busaat.az xəbər verir ki, bu barədə Niger Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, şimal-qərbdəki Tabatol rayonunda terror əməliyyatından qayıdan ordu hissələrinə silahlı basqın edilib.

Hücumda ilkin təsbitlərə görə, 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb. Çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Açıqlamada ölkədə 3 günlük milli matəm elan edildiyi bildirilib.

Bu, iyulun 26-da ordunun hökuməti ələ keçirməsindən bəri ən qanlı hücum kimi qeydə alınıb.

Avqust ayında Niger, Mali və Burkina Fasonun paylaşdığı sərhəd xəttinin Niger tərəfində yerləşən Tillaberi bölgəsində “3 ölkə sərhədi” olaraq bilinən terror hücumunda 17 əsgər həyatını itirmişdi.

Əl-Qaidə və DEAŞ-a bağlı terror qrupları Almaniyanın ərazisindən daha böyük olan Liptako Gourma kimi tanınan bu sərhəd xəttində tez-tez hücumlar təşkil edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124053