
Nigerdəki üsyançılar eks prezident Bazumu dövlətə xəyanətdə ittiham edirlər
Nigerdə qiyamçıların yaratdığı hərbi şura devrilmiş prezident Məhəmməd Bazumu dövlətə xəyanətdə ittiham edir.
Busaat.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Üsyançıların sözlərinə görə, onların əlində keçmiş prezident və onun silahdaşlarının dövlətə xəyanət etdiyini sübut edən faktlar var.
İyulun sonunda Nigerdə bir qrup hərbi qiyamçı Nigeriya prezidenti Məhəmməd Bazumun istefaya getdiyini bildirib. Daha sonra ölkəni idarə etmək üçün general Abdurahman Tçianinin rəhbər olduğu Vətənin Mühafizəsi üzrə Milli Şura (CNSP) yaratdılar.
Mənbə bildirir ki, Bazum öz iqamətgahında saxlanılır, xarici dünya ilə yalnız telefon vasitəsilə əlaqə saxlayır.























