Yaponiyanın Nissan Motor Co şirkəti 2030-cu ilə qədər 27 yeni avtomobil modelini təqdim etməyi planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi yayımlanan strategiyasında deyilir.
Məlumata görə, 27 yeni modeldən 19-u elektrik mühərrikləri ilə təchiz ediləcək. Həmçinin 2024-cü il aprelin 1-dən başlayaraq, 2024-cü maliyyə ilində şirkət yalnız Çin bazarında satış üçün nəzərdə tutulmuş elektrik avtomobilini təqdim etməyi planlaşdırır.
Nissan 2026-cı ilə qədər hibridlər də daxil olmaqla elektromobillərin payını Yaponiyada satışların 58 faizinə, Avropada isə 98 faizə çatdırmağı planlaşdırır.