Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Niyazi Bayramovun oğlunun 2 milyonluq maşın kolleksiyası (FOTOLAR)

image-1661946956_000-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası üzə çıxıb.

Busaat.Az xəbər verir ki, bu faktı araşdırmaçı jurnalist Mehman Hüseynov ortaya çıxarıb.

Jurnalist əvvəlki araşdırma zamanı icra başçısının oğluna məxsus, Bakının mərkəzində- “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Bu dəfə isə həmin restoranın yaxınlığında Bəhram Bayramovun avtomobil qarajını müəyyən edib.

Araşdırmadan məlum olur ki, icra başçısının oğlunun qarajında 10 BB 904, 10 OO 904, 10 KK 904, 10 TT 904, 10 AS 904, 10 ZZ 904 nömrə nişanları altında ümumi dəyəri 2 milyon manatdan çox olan avtomobilllər var.

Bu nömrələrdən bəziləri birbaşa Bəhram Bayramovun öz adına olsa da, bir neçəsi Aslanov Rüstəm Vidadi oğlunun adınadır. Sonuncu şəxs həm də 10 AS 904 nömrə nişanının sahibi olan şirkətin (“Events Services Group”) təsisçisidir.

Araşdırmada təqdim olunan foto-faktlardan o da məlum olur ki, bu nömrələrin böyük əksəriyyəti qanunsuz olaraq, bir çox avtomobildə istifadə olunur.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun maaşı 1280 AZN-dir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84619