
Norveç Müdafiə Universiteti: “İsveç 30 ildir ki, terrorçular üçün sığınacaq olub”
“İsveç 30 ildir ki, terrorçular üçün sığınacaq olub”.
Busaat.az xəbər verir ki, bunu Norveç Müdafiə Universitetinin terror üzrə mütəxəssisi Maqnus Ranstorp deyib. Ranstorp 28 iyunda NATO-nun Madrid sammitində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandumu İsveçin Aftonbladet qəzetinə dəyərləndirib.
30 ildir terror mütəxəssisi olduğunu bildirən Ranstorp qeyd edib: “İsveç bu müddət ərzində terrorçulara sığınacaq olub. Terrorçular üçün qazanc yeri olub. Pul qazanıblar, işlərini heç bir maneə olmadan həyata keçiriblər. Türkiyə dəfələrlə İsveçin öz ərazisində terrorçulara qarşı mübarizədə konkret addımlar atmasını istəyib. Türkiyənin bu mövqeyində həqiqət var”.
Türkiyənin Avropadakı terror fəaliyyətlərinə etirazına haqq qazandıran Ranstorp, Türkiyənin İsveç kimi bir çox Avropa ölkəsindəki terror qruplarının fəaliyyətindən şikayətlənməsində haqlı olduğuna diqqət çəkib.
Busaat.az























