Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Nüvə daşıyıcıları Çin yaxınlığında: ABŞ birbaşa Çini hədəf alır

image-55353748-usa-vs-china
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 ABŞ-ın Avstraliyanın şimalına nüvə silahı daşıyan B-52 bombardmançı təyyarələrini yerləşdirməyi planlaşdırdığı bildirilir.

Busaat.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası ABC-nin “Dörd künc” proqramının dərc etdiyi hesabatda bildirilib.

Hesabata görə, ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığı üzə çıxıb.

“Dörd Künc”ə danışan ABŞ Hərbi Hava Qüvvələrinin səlahiyyətliləri qeyd edib ki, ABŞ-ın Avstraliyada bombardmançı təyyarələr yerləşdirmək niyyətləri düşmənlərə ciddi mesaj verir.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən (CNAS) Becca Wasser məsələ ilə bağlı şərh verərkən bildirib: “Çinə hücum edə biləcək potensial bombardmançı təyyarələrin bu ərazilərdə yerləşməsi Çinin Tayvana qarşı hər hansı bir hərəkətinə gözdağı vermək üçün çox vacib ola bilər”.

Avstraliya Müdafiə Nazirliyi B-52 bombardmançılarının nə vaxt yerləşdiriləcəyi ilə bağlı məlumat paylaşmayıb. Avstraliyanın Baş naziri Entoni Albanes verdiyi açıqlamada, onun amerikalı müttəfiqləri ilə görüşlər keçirdiyini və ABŞ Dəniz Qüvvələrinin növbəli şəkildə yerləşdirildiyi səfərlərin olduğunu bildirib.

Qeyd edək ki, təhlükəsizlik mütəxəssisləri sözügedən yerləşdirmələri təxribat xarakterli addım kimi qiymətləndirərək, bunun birbaşa Çini hədəf aldığını bildirirlər.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89057