Nüvə silahının rolu artır? – Rusiya XİN

image-nuvebackend

NATO-nun hərbi planlaşdırılmasında nüvə silahının rolu artır, onların Polşa və digər Avropa ölkələrində yerləşdirilməsi barədə danışıqlar gedir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Nazir müavini bildirib ki, son təlimlərdən və son sənədlərdən NATO-nun hərbi strategiyası və hərbi planlaşdırmasında nüvə silahının rolunnun artdığını görə bilərik.

“Polşada və digər ölkələrdə nüvə silahının istifadəsi barədə danışılır. Əgər belə danışıqlar konkret planlar şəklində olarsa biz bunu saxlamalıyıq”, – diplomat bildirib.

Qruşko əlavə edib ki, Rusiyanı nüvə təhlükəsində ittiham etmək hər şeyi alt-üst etmək üçün növbəti addımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki