Nyu-Yorkda binada yanğın – 19 ölü, 63 yaralı + Video

image-nyuyorkbackend

ABŞ-ın Nyu-York şəhərində çoxmənzilli binada yanğın baş verib.

Busaat.az  “New York Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 9-u uşaq olmaqla 19 nəfər həlak olub, daha 63 nəfər isə xəsarət alıb. Onlardan 32-si həyat üçün təhlükəli travmalar alıb.

Yanğının söndürülməsində 200 yanğınsöndürən iştirak edib.

Nyu-York meri Erik Adamsın sözlərinə görə, sözügedən yanğın şəhərdə son zamanlar baş verən ən dəhşətli yanğındır.

Şəhərin yanğınsöndürmə üzrə komissarı Deniel Niqro isə qeyd edib ki, yanğın mənzildə olan elektrik qızdırıcısında yaranan nasazlıq səbəbindən baş verib.

O bildirib ki, şəhərdə ən son belə bir dəhşətli yanğın 30 ildən çox müddət əvvəl “Happy Land” klubunda baş verib. Həmin insident 1990-cı ilin martın 25-i olub. Yanğın zamanı 87 nəfər həlak olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90