Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.77 $▲4.91%
  • WTI neft88.70 $▲4.02%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.361 $▲2.85%
  • Qızıl3 882 $▼2.48%
  • Gümüş49.96 $▼2.86%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 376 $▼3.45%
  • Ethereum2 011 $▼2.11%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

“O, PUTİNƏ TƏSİR EDƏ BİLİR” – “Ərdoğanın bacardığını heç bir Avropa lideri bacarmayıb”

image-14c93d5e-e95f-414d-b955-29d32ab1495d
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Demək olar ki, müəyyən bir şəkildə Ərdoğan Putinə təsir göstərir və o, razılaşmaların yerinə yetirilməsi üçün təsir rıçaqlarına malikdir”.

Busaat.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukraina”-ya müsahibəsində deyib.

Səfirin fikrincə, Türkiyə çox nadir ölkələrdəndir ki, Rusiya ilə savaşın ilk günlərindən Ukraynaya maksimum dərəcədə hərtərəfli yardım göstərib, dəstək verib və Rusiyaya sülh bağlaması üçün təsir göstərib.
.

Bodnar “taxıl anlaşması”nı nəzərdə tutaraq, bu cür uğura heç bir liderin imza ata bilmədiyini qeyd edib: “Hətta Avropa liderlərindən də heç kim Ərdoğanın bacardığını bacara bilməyib. Odur ki, taxıl və ola bilsin ki, digər istiqamətlər üzrə təmas nöqtələrinin tapılması, vasitəçilik və danışıqlar cəhdləri aktiv Türk diplomatiyasının səyləri hesabınadır”.

Bununla bərabər, səfir qeyd edib ki, müharibənin başa çatdırılması ilə bağlı fərqli düşüncələr var: “Onların (Türkiyənin-red.) düşüncəsində müharibəyə son qoyulması, sadəcə hərbi əməliyyatların dayandırılmasıdır. Biz isə Türkiyə tərəfinə deyirik ki, bizə Rusiya qoşunlarının çıxarılması lazımdır və məhz bu, işğalçı dövlətlə gələcək mümkün siyasi diskusiyaların, yaxud danışıqların əsası ola bilər”.

Qeyd edək ki, “Bloomberg” agentliyinin məlumatına görə, Moskva Ukrayna ilə sülh danışıqları üçün Ərdoğanı əsas potensial vasitəçi kimi görür. Türkiyə tərəfi isə “taxıl anlaşması”nın müharibənin dayandırılması və gələcək sülh danışıqları üçün əhəmiyyətli ilk addım hesab edir.

“AzPolitika.info”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83239