“O, qismən iflic olub və yeriməkdə çətinlik çəkir” – Çubaysın vəziyyəti açıqlanıb

image-c1f3a0e2-2fa8-480a-92e2-7fc6fca7cd5cbackend

Rusiya Prezidentinin keçmiş müşaviri və Rusiyada müasir kapitalist sistemin bünövrəsini qoyanlardan sayılan Anatoli Çubaysın səhhəti ilə bağlı yeni detallar məlum olub.

Busaat.az  Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Çubays qismən iflic olub, yeriməkdə və gözlərini yummaqda çətinlik çəkir.

Qəzet yazır ki,  Sardiniya şəhərindəki xəstəxanada mualicə alan Çubaysa, “Guillain-Barre” diaqnozu qoyulub.

Qeyd edək ki, “Guillain-Barre” sindromu ifliclə nəticələnə bilən və özünü əzələ zəifliyində, ağrılarda, uyuşmalarda göstərən nadir xəstəlikdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90