Oğuzun 60-dən çox sakini zəhərləndi – kimsə səbəbini bilmir – VİDEO

image-1626462981_xestexana-ffbackend
Oğuz rayonunda mərkəzi rayon xəstəxanasına son iki gündə 60-dan çox xəstə mədə-bağırsaq patologiyası şikayəti ilə müraciət edib. Şikayət edənlərin əksəriyyəti uşaqlardır. Üstəlik, bu insanların heç biri eyni ərazidə yaşamırlar. Xəstəliyin səbəbinin araşdırılması üçün aidiyyəti qurumlara da müraciət olunub, hazırda araşdırmalar aparılır.Son iki gündə Oğuz Rayon Mərkəzi xəstəxanasına mədə-bağırsaq patologiyası ilə bağlı kütləvi müraciət qeydə alınıb. 60-dan çox xəstədə ürəkbulanma, həzm pozğunluğu, ishal və halsızlıq əlamətləri olub. Bəzilərində isə yüksək temperatur da müşahidə edilib.Xəstələrin əksər hissəsinin 1-15 yaş arası uşaqlar olması diqqət çəkib. Həkimlər dərhal simtomatik müalicələr ediblər. Ancaq xəstəliyin səbəbini dəqiqləşdirmək mümkün olmadığı üçün Oğuz rayon Epidemiologiya və Gigiyena Mərkəzinə müraciət olunub.

Xəstələrdə oxşar mədə-bağırsaq problemləri olsa da, onlar bunun nədən baş verdiyini bilmirlər.

Oğuz mərkəzi rayon xəstəxanasının müraciətinə əsasən, Rayon gigiyena və epidemioloğiya mərkəzində araşdırmalara başlanıb.

Üstəlik, xəstəxanaya müraciət edənlər eyni ərazidə yaşamırlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90