Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Olaf Şolz və Zelenski arasında telefon danışığı olub

image-2022-02-14-bk-ukraine
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya Baş naziri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib.

Açıqlamaya görə, Şolz Zelenski ilə telefon danışığında Almaniyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcəyini, o cümlədən silah tədarükü, eləcə də siyasi dəstək verməkdən əl çəkməyəcəyini vurğulayıb.

Açıqlamada Şolzun Rusiya silahlı qüvvələrinin Ukraynada mülki infrastrukturu birbaşa atəşə tutmasını pislədiyi bildirilib. Həmçinin Şolz və Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin Ukrayna tərəfinin təşəbbüsü ilə apardığı araşdırmaların bütün şübhələri aradan qaldıracağına dair razılığa gəliblər.

İki lider qlobal ərzaq vəziyyətini daha da gərginləşdirməmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsində taxıl sazişinin həyata keçirilməsi və uzadılmasının təhlükə altına düşməməsinə çağırış edib.

Bundan əlavə Şolz və Zelenskinin Ukraynadakı hərbi, siyasi və humanitar vəziyyəti və bu ölkəyə digər yardım imkanlarını müzakirə etdikləri bildirilib. İki liderin konstruktiv məsləhətləşmələri davam etdirmək və yaxın təmasda olmaq barədə razılığa gəldiyi qeyd edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89163