
Ölən əsgər haqda YENİ MƏLUMAT
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Bizim.Media-nın əldə etdiyi xəbərə görə, əsgər Nihad Natiq oğlu Nəzərzadə 2022-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.
Mərhum əsgər 2004-cü il iyul ayının 18-də Astara rayonunun Səncərədi kəndində doğulub.























