Olimpiada ilə Paralimpiada Tokioya 15,4 milyarda başa gələcək

Olimpiada ilə Paralimpiada Tokioya 15,4 milyarda başa gələcəkbackend

2021-ci ildə Tokioda Yay Olimpiadasının və Paralimpiadanın keçirilməsi üçün tələb olunan xərclərin məbləği 1,6 trilyon iyena (15,4 milyard dollar) təşkil edəcək. Busaat.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrinə istinadən xəbər verib.

Onun məlumatına görə, xərclərin böyük hissəsini (721 milyard iyena, təxminən 6,9 milyard dollar) “Tokio – 2020” Təşkilat Komitəsi öz üzərinə götürəcək. Qalan məbləğ Tokio hakimiyyət orqanları (702 milyard iyena, təxminən 6,7 milyard dollar) və Yaponiya hökuməti (221 milyard iyena, təxminən 2,1 milyard dollar) tərəfindən ödəniləcək.

Bununla yanaşı, yarışların 2020-ci ildən 2021-ci ilə keçirilməsi üçün tələb olunan xərclərin həcmi 294 milyard iyena (təxminən 2,8 milyard dollar) təşkil edib. Bundan əlavə, oyunlarda koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq üçün tədbirlər həyata keçirmək üçün 96 milyard iyena (təxminən 929 milyon dollar) ayrılacaq.

Qeyd edək ki, Tokio Olimpiadası bu ilin 24 iyul-9 avqust tarixlərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il müddətinə təxirə salınıb və gələn il iyulun 23-dən avqustun 8-dək keçiriləcək

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki