Alis Munro 1931-ci ildə Ontarioda anadan olub. Yazıçı karyerası ərzində Munro Kanadada General Qubernator, Man Booker International, Marian Engel, Trillium Literature, Rea Short Story, PEN/Malamud, Giller, Libris və O. Henry kimi bir çox mükafatlara layiq görülüb. O, 2013-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatını da qazanıb.
Müəllifin hekayələri qısa hekayədən çox qısa roman zövqünü verir.
2009-cu ildə Man Booker və 2013-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatını aldıqdan sonra türkcə nəşrləri artmağa başlayıb. Onun son kitabı “Açıq Sırlar” 12 “qadın” hekayəsindən ibarətdir və yenə əyalətlərdə yer alır. Bu, 1800-cü illərin sonlarında başlayan və demək olar ki, bu günə qədər uzanan zamanlamalardan istifadə edir. Hekayələr məkan və zaman baxımından bizə uzaq görünsə də, qadınların mərkəzindən baxdığımızda əslində universal ortaq nöqtələri tuturlar. Coğrafiyamızdakı insanların, yerlərin və bəzi ənənəvi yeməklərin adlarını toplasaq, oxuduqlarımız elə içimizdədir… Qadın mərkəzindən sevgi, bədbəxt evliliklər, təəssüflər haqqında oxuyuruq.
Kanadalı tənqidçilərin “bizim Çexov” kimi təsvir etdiyi ustad hekayəçinin “Xoşbəxt kölgələrin rəqsi” (1968); Sənə demək istədiyim bir şey (1974); Dilənçi qulluqçu (Kasıb qulluqçu, 1978); Yupiterin peykləri (1982); Sevginin Tərəqqi (1986); Gənclik Dostum (1990); Open Secrets (1994); Uşaqlar qalır (1998); Nifrət, Dostluq, Tanışlıq, Sevgi, Evlilik (2001); Jailbreak (2004); Qala Qaya Mənzərəsi (2006); Bəzi Qadınlar (2009); Əziz həyatdan (2012) başqa, Qızların və Qadınların Həyatları (1971) adlı kitabları nəşr olunub.
Tərcümə etdi : Bünyamin Bünyadzadə
Busaat.az