OPEC-in baş katibi Azərbaycana gəldi

image-648fea23e4c88648fea23e4c891687153187648fea23e4c84648fea23e4c86backend

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays Azərbaycanda səfərdədir.

Busaat.az xəbər verir ki, Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki