OPEC+ neft siyasətini dəyişməyəcək – Reuters

image-opecbackend

OPEC+-dan iki mənbə Reuters agentliyinə bildirib ki, neft bazarları yavaşlayan Çin iqtisadiyyatının tələbata təsirini və G7 ölkələrinin Rusiyadan idxal edilən neftin qiymətlərini məhdudlaşdırmasının bazardakı təkliflərə təsirini qiymətləndirməyə çalışır.

Busaat.az verir ki, OPEC+ komitəsi bazar günü keçirilən iclasında neft hasilatı hədəflərinə sadiq qalmağa razılaşıb.

Qərar G7-nin Rusiya neftinə ən yüksək qiymətin tətbiqi barəsində razılaşmasından iki gün sonra verilib.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və Rusiya da daxil olmaqla müttəfiqlərin daxil olduğu OPEC+ oktyabr ayında hasilatı bu ilin noyabr ayından 2023-cü ilin sonuna qədər gündə 2 milyon barel, yəni qlobal tələbatın təxminən 2 faizini azaltmağa razılaşmış və bu qərar ABŞ və digər Qərb dövlətlərinin qəzəbinə səbəb olmuşdu.

Vaşinqton OPEC-i və onun liderlərindən biri olan Səudiyyə Ərəbistanını Ukraynadakı münaqişəyə baxmayaraq Rusiyanın tərəfində olmaqda ittiham edib.

Qarşılığında OPEC+ zəifləmiş iqtisadi perspektivə görə hasilatı azaltdığını iddia edib. Oktyabr ayından neft qiymətləri Çində və ümumiyyətlə qlobal artımın yavaşlaması və faiz dərəcələrinin artması səbəbindən ucuzlaşıb və bazarda qrupun hasilatı yenidən azalda biləcəyi ilə bağlı spekulyasiyalara səbəb olub.

OPEC+ mənbələrindən verilən məlumata görə, qrupun əsas ölkələrindən olan nazirlərin qərarını verdikdən sonra bildirib ki, sözügedən qərar 2023-cü ilin sonuna qədər təxirə salınıb.

Cümə günü G7 ölkələri və Avstraliya Rusiya neftinin dünya bazarlarına axmasını dayandırmaq məqsədilə Rusiya neftinin qiymətini 60 dollar/barel səviyyəsində məhdudlaşdırmaq barədə razılığa gəliblər.

OPEC-in bir çox analitikləri və nazirləri bildiriblər ki, qiymət həddi anlaşılmaz və yəqin ki, təsirsizdir, çünki Moskva neftinin böyük hissəsini Çin və Hindistan kimi ölkələrə satır.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90