Ordu hökumət binasını və Müdafiə Nazirliyini mühasirəyə aldı – Türk hərbçilər…

image-1639674451_masinbackend

Liviyanın paytaxtı Tripolidə silahlı şəxslər Milli Birlik hökumətinin və Müdafiə Nazirliyinin binalarını mühasirəyə alıb.

Busaat.az xəbər verir ki, bu barədə Sky News telekanalı yerli mənbələr istinadən belə məlumat yayıb. Toqquşmanın olub-olmadığı barədə məlumat yoxdur. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Məlumata görə, paytaxtın bir sıra ərazilərində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, Liviyada dekabrın 24-nə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Advertisement

Əlavə edək ki, Milli Birlik hökumətinə Türkiyə fəal dəstək verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki