
Ordumuzun hərbçisi həlak oldu - Şəhid statusu verildi
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
***
Müdafiə Nazirliyinin şəhidlərin ad-soyadı ilə bağlı yaydığı siyahıya Eşqin Omarovun da adı əlavə edilib.
























