Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Mədəniyyət

“Orta ixtisas təhsili olmayanlar rəhbər vəzifələrdə çalışır" - Adil Kərimli

image-photo_196010-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır”.

Busaat.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var: “Bu müəssisələrdə ciddi problemlər var. Onların infrastrukturları, demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların da vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsil olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Hazırda məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”.

A.Kərimli bildirib ki, islahatların doğru aparılmasında hər kəsin dəstəyinə ehtiyac var: “Çünki bu, tək nazirliyin və ya məmurun işi deyil. Hər kəs bu prosesdə iştirak etməlidir. Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan 41 min şəxsi heyət var. Bunun da təxminən 30 minə yaxını bölgələrdəki mədəniyyət müəssisələrində çalışır. Aparılan təhlillərə görə, onlardan 30 mininin cəmi 7 %-nin mədəniyyət və incəsənət sahəsində yalnız orta ixtisas təhsili var. Bu sahədə ciddi islahat aparılmalıdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102152