“Oruc tutanda özümü daha yaxşı hiss edirəm” – Benzema

image-162232_49zp5l2sbbbackend

“Real”ın futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutmasının onun gündəlik iş və məşq rejiminə təsir edib-etmədiyi ilə bağlı danışıb.

Busaat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müsəlman oyunçu bununla bağlı verilən suala cavabında deyib ki, Ramazan ayı onun həyatının bir parçasıdır:

“Oruc tutmağın mənim oyunuma və məşqlərimə heç bir təsiri olmur. Mənim dinim Ramazan ayının qaydalarına əməl etməyi vacib buyurur.  Bu, mənim üçün çox önəmlidir. Oruc tutanda özümü daha yaxşı hiss edirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90