Ötən il qanunsuz dövriyədən çıxarılan narkotik vasitənin həcmi açıqlanıb

image-3backend
image-ad_qayo_720x110px

2024-cü ildə qanunsuz dövriyyədən 4 ton 714 kiloqram narkotik vasitə götürülüb.

busaat.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Nazirliyin Kollegiya iclasında deyib.

Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox – 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.

Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki