Pakistanın şimal-qərbində silahlı sünni və şiə qruplaşmaları arasında son 24 saat ərzində baş verən toqquşmalarda azı 33 nəfər ölüb, 25 nəfər yaralanıb.
Busaat.az xarici mətbuata istinadla bildirir verir ki, Xeyber-Paxtunxva əyalətinin Kurram bölgəsində toqquşmalar olub.
Yaraqlılar bir-biri ilə atışıb, evləri, dükanları və mağazaları yandırıblar. Kürrəmdə təhsil müəssisələri ciddi gərginlik səbəbindən bağlanıb. Hər iki tərəf bir-birinə avtomat silahdan atəş açıb.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, polis bunun sünniyönlü qruplar tərəfindən baş verdiyini açıqlayıb.
Zeyd Bağırzadə