Paris-2024:  iki azərbaycanlı güləşçinin dueli

image-32backend

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Buusaat.az xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki