Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
Busaat.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi – Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.
O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
14:44
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Busaat.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.