Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.
Busaat.az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.
Yarışa 30-cu cütdə başlayan Y.Ramazanova hədəfi 72 dəfə nişan alıb və bu atışlarda 647 xal toplayıb. İdmançımız bu nəticələrə əsasən 39-cu yeri tutub.
Y.Ramazanova 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. Onun rəqibi mərhələni 656 xalla tamamlayıb. 1/32 finala iyulun 30-da start götürəcək
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.