Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Partiya sədrindən hökumətə TƏKLİF: “Bakıdakı erməni kilsəsini məscidə çevirin”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qoy şəhərimizin mərkəzindən azan səsi gəlsin, müsəlmanlar rahat ibadət etsinlər”

Busaat.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hakimiyyəti Bakının mərkəzində yerləşən erməni kilsəsini məscidə çevirməyə çağırıb.

VİP sədri bu çağırışı özünün “Facebook” səhifəsindən yayımlayıb:

“Dünya müsəlmanlarını təbrik edirəm. Bəşəriyyətin memarlıq tarixinin ən möhtəşəm incisi hesab edilən Aya Sofya məbədi Türkiyə Cümhuriyyətin Dövlət Hüquq Şurasının qərarı ilə məscidə çevrildi. Unikal qərardır, lap tikilinin özü kimi. Allah bizlərə orada ibadəti nəsib etsin.

Bu hadisə göstərir ki, İslam dininin daşıyıcıları dinlər arasında fərq görmür, Allahın bütün evləri onlar üçün eynidir, başqa dinlərə öz dinləri qədər sayğı göstərilməlidir.

Hökumətə çağırış edirəm. Şəhərin mərkəzində olan erməni kilsəsini məscid elan edin, müsəlmanların üzünə açın. Allahın evi bağlı qalmaz. Qoy şəhərimizin mərkəzindən azan səsi gəlsin, müsəlmanlar rahat ibadət etsinlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=12508