Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.28 $▲0.22%
  • WTI neft86.43 $▲0.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.282 $▼0.52%
  • Qızıl4 070 $▲0.67%
  • Gümüş52.83 $▲1.89%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.25 ¢▲0.13%
  • Bitcoin73 732 $▲0.05%
  • Ethereum2 065 $▲0.72%
  • S&P 5007 521▼0.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

“PAŞA Bank”ın yeni sədri kimdir? - DOSYE

image-1654859179_1654858498_screenshot_379
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“PAŞA Bank” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.

Busaat.az-ın məlumatına görə, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 2022-ci il iyunun 9-dan etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, C. Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.

 

C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.

 

2003-cü ildə C. Quliyev “Unibank”ın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, “Bank Standard”ın İdarə Heyəti sədrinin birinci müavini olub.

 

2012-ci ildə C. Quliyev “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, “PAŞA Holdinq” şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.

C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 22 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 1 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilib.

Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilib.

Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79198