Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.59 $▼4.20%
  • WTI neft81.84 $▼3.42%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.389 $▲7.18%
  • Qızıl3 750 $▼0.97%
  • Gümüş45.58 $▼0.51%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 048 $▲1.30%
  • Ethereum1 780 $▲1.02%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Paşinyan ailəsi yenidən sərt tənqid hədəfində: Ermənilər qan ağlayır, Aşot isə...

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir.

Azvision.az xəbər verir ki, buna səbəb Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır.

Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə “ön cəbhədə” yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.

Göründüyü kimi, Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub.

Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər.

“Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir.

İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, – deyə Ermənistanın “168.am” nəşri yazıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23803