
Paşinyan İranda səfərdədir - Fotolar + Yenilənir
Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə yollanıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Paşinyan Tehrana səfəri çərçivəsində ölkə Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.
11:21
Nikol Paşinyanın Tehrana rəsmi səfəri başlayıb.
“IRNA” agentliyinin məlumatına görə, onu Tehranda iranlı məmur Məsud Mirkazımi qarşılayıb. Bunun ardınca, Saadabad Sarayında Paşinyanın İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanma mərasimi baş tutub.



Qafqazinfo























