
Paşinyan: Makronla səmərəli görüş keçirdik
Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Busaat.az xəbər verir ki, tərəflər Ermənistan–Fransa münasibətlərinin inkişafını yüksək qiymətləndirib, regional və beynəlxalq məsələləri, o cümlədən Ermənistan–Azərbaycan sülh prosesini müzakirə ediblər.
Makron Fransanın sülhə verdiyi dəstəyi vurğulayıb. Həmçinin, Avropa İttifaqı ilə əlaqələr və Ermənistandakı islahatlar da diqqət mərkəzində olub.
Nərmin Səmidova
Busaat.az






















