Paşinyan yenidən koronavirusa yoluxdu

image-1633499033_pasinyanbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan COVID-19-a yoluxub.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

“Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib, xəstəlik simptomsuz davam edir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, o, distant rejimdə işləyəcək.

Xatırladaq ki, N. Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90