Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Paşinyandan Putinə: "Laçın yolu 20 gündür ki, Rusiya sülhməramlılarının nəzarətindən ÇIXIB"

image-putinpasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Laçın yolu artıq 20 gündür ki, Rusiya sülhməramlı kontingentinin nəzarətindən çıxıb və problemin həlli yollarını axtarmaq lazımdır.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Dövlət Muzeyində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.

“Laçın yolundakı böhran hazırda ən vacib məsələdir. Bilirsiniz ki, 20 günə yaxındır ki, bu yol blokadadır” – deyə, Paşinyan bildirib.

O xatırladıb ki, bu, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxildir.

“Xatırlatmaq istərdim ki, Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatına (9 noyabr 2020-ci il) əsasən, Laçın yolu Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Laçın yolu boyunca maneəsiz sərnişin və yük daşımalarına zəmanət verilir. İndi məlum olur ki, Laçın yolu Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, bu vəziyyəti müzakirə etmək istərdim və həll üçün variantların nədən ibarət olduğunu danışmaq lazımdır” – deyə, erməni lider qeyd edib.

Paşinyan MDB-nin Sankt-Peterburqda qeyri-rəsmi sammitini təşkil etdiyinə görə Putinə təşəkkür edib və əlavə edib ki, belə görüşlər yaxşı ənənəyə çevrilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95441