Paşinyanın istefasını tələb edən etirazçılar İrəvan küçələrini bağlamağa çalışır

Paşinyanın istefasını tələb edən etirazçılar İrəvan küçələrini bağlamağa çalışırbackend

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanda küçələri bağlamağa çalışsalar da, polis qüvvələri onlara mane olur.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlarla insan ilk öncə Maştots prospekti ilə Tumanyan küçəsinin kəsişməsini bağlamağa çalışıb, lakin polis qüvvələri onları sıxışdıraraq səkiyə itələyib. Bundan sonra nümayişçilər Əmiryan küçəsini bağlamağa çalışsalar da bu cəhd də uğursuz nəticələnib.

Nümayişçilərin polis qüvvələrindən sayca az olduğu qeyd olunub. Bəzi etirazçıların saxlanıldığı bildirilir.

Uğursuz cəhdlərindən sonra etirazçılar Respublika Meydanına istiqamətində hərəkətə başlayıblar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90