Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 554 $▲2.25%
  • Ethereum1 829 $▲3.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Pensiya məbləği indeksasiyadan sonra nə qədər olacaq?

image-1660718876_pensiya-teqaud-bankomat-atm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pensiyalarda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Busaat.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin məlumat ondan ibarətdir ki, pensiyalar 10,8 faiz indeksasiya olunaraq artırılacaq.

“Daha dəqiq rəqəm fevral ayının əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən elan olunacaq. Nəzərə alsaq ki, pensiyaların indeksasiyasında əsas meyar əvvəlki illərdə orta aylıq əmək haqqında olan artım faizidir. 2023-cü ildə ortaq aylıq əmək haqqında artım faizi bu ilin fevral ayında elan olunacaq. Ona uyğun olaraq da rəsmi olaraq pensiyalar indeksasiyası reallşacaq. Əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğinda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Əvvəlki illərdə təxminnə 100 minə yaxın vətəndaşımızın pensiyası indeksiyası olunmurdu. Lakin indi vahid indeksasiya mexanizmi bütün vətəndaşların əmək pensiyasılarının artırılmasına imkan yaradır. Məbləğindən asılı olmayaraq, bütün əmək pensiyası alanların pensiyalarında artım olacaq”, – deyə o, əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əmək haqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. İlk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132724