Pentaqon Çin hesabatını açıqladı – TƏFƏRRÜATLAR/İCMAL

image-m-1backend

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəyan edib ki, Çinin nüvə silahlarının modernləşdirilməsi davam edərsə, Pekin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib ola bilər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin hərbi gücü ilə bağlı illik “Çinin Hərbi Gücü Hesabatı”nı tamamlayıb.

Hesabatda Çinin təhlükəsizlik siyasətinin təfərrüatları və buna paralel olaraq 2021-ci ildə iqtisadiyyat, xarici siyasət, hava, quru, dəniz gücü, strateji güc elementləri, infrastruktur işləri, hərbi modernləşdirmə proqramları və nüvə enerjisi potensialı ilə bağlı son məlumatlar yer alıb.
196 səhifəlik hesabatda deyilir ki, ABŞ-ın Çini cilovlamaq səyləri Pekin tərəfindən 2049-cu ilə qədər böyük Çin sivilizasiyasını yenidən qurmaq siyasətinə maneə kimi görünür.

Hesabatda qeyd olunub ki, Çin növbəti 10 il ərzində nüvə potensialının modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir.

“Müdafiə Nazirliyi Çinin hazırkı nüvə başlıqlarının sayının 400-ü ötdüyünü təxmin edir” – deyə, məlumatda deyilir.

Eyni zamanda Çinin nüvə silahlarını modernləşdirmə prosesini 2035-ci ilə qədər başa çatdırmağı hədəflədiyi bildirilib.

“AFRİKA, YAXIN ŞƏRQ VƏ LATIN AMERİKASINDA FƏALİYYƏTİ ARTIB”

Hesabatda Çinin ABŞ-ın Avstraliya, Yaponiya və Hindistanla yenidən canlanmış “QUAD” ittifaqını və Avstraliya və Böyük Britaniya ilə qurduğu AUKUS üçtərəfli əməkdaşlıq ittifaqını pozmaq üçün bir çox vasitələrdən istifadə etdiyi iddia edilib.

Çinin 2021-ci ildə “Yol-kəmər” layihəsi çərçivəsində Afrika, Yaxın Şərq və Latın Amerikası ilə əlaqələrini intensivləşdirdiyi bildirilən hesabatda Pekinin bu istiqamətdə hərbi və mülki sektorların inteqrasiyası istiqamətində səylərini gücləndirdiyi vurğulanıb.

Pekin administrasiyasının 2027-ci ildə ordunun modernləşdirilməsində mexanikləşdirilmiş, rabitə və kəşfiyyatdan kompleks istifadəni nəzərdə tutan addımlar atdığı qeyd edilib.

ABŞ ordusunun yazdığı hesabatda Çinin əsas əməliyyat olaraq “çox ərazili dəqiq döyüş” konsepsiyasını qəbul etdiyi və bunun informasiya texnologiyaları sahəsində əhəmiyyətli modernləşdirmələri də əhatə etdiyi bildirilib.

ÇİN-RUSİYA HƏRBU TƏLİMLƏRİ

Çinin təlimlərini daha real ssenarilər üzərində qurmağa başladığına diqqət çəkən hesabatda Rusiya və Çinin ilk dəfə Çin torpaqlarında genişmiqyaslı quru və dəniz desant təlimləri həyata keçirdiyinə dair məlumat verilib.

Hesabatda Çinin 340 gəmi və sualtı qayıqla dünyanın ən böyük dəniz donanmasına sahib olduğu, Pekinin 2021-ci ildə donanmaya 4 kreyser, 2 freqat və 2 desant gəmisi əlavə etdiyi qeyd edilib.

2800-dən çox döyüş təyyarəsi və hava nəqliyyatı vasitələri olan Çinin 2021-ci ildə 135 yeni ballistik raketi sınaqdan keçirdiyi məlumatlarının yer aldığı hesabatda Pekinin hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli raket imkanları sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyi bildirilib.

“TAYVANA TƏZYİQİ ARTIRIB”

Hesabatda deyilir ki, 2021-ci ildə Pekin Tavyana qarşı hərbi, diplomatik, siyasi və iqtisadi səylərini gücləndirib.

Çinin Tayvana qarşı təxribatçı əməliyyatlarını artırdığı bildirilən hesabatda, Çin ordusunun adaya təcavüz edərək real təlimlər keçirdiyi bildirilib.
Hesabatda əlavə edilir: “Çin müəyyən risklərlə Tayvana qarşı hərbi əməliyyata başlamaq üçün bir çox variantları işə sala bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90