Peru sahillərində 7,0 maqnitudada zəlzələ baş verib və sunami təhlükəsi elan edilib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.