Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 106 $▼1.64%
  • Ethereum1 901 $▼1.38%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Piotr Müller: "Polşa Ukraynaya yalnız əvvəllər razılaşdırılmış silah tədarükünü həyata keçirir"

image-piotr-muller
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşa hökuməti Ukraynanı yalnız əvvəllər razılaşdırılmış silahlarla təmin edir.

Busaat.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Piotr Müller Polşa Mətbuat Agentliyinə bildirib.

“Silah və döyüş sursatının tədarükü ilə bağlı suallar kontekstində sizə deyə bilərəm ki, Polşa yalnız əvvəllər razılaşdırılmış döyüş sursatı və silah tədarükünü həyata keçirir”, – agentlik onun sözlərini sitat gətirib.

Müllerin sözlərinə görə, bu, 1989-cu ildən bəri Polşa müdafiə sənayesi tərəfindən imzalanmış ən böyük xarici müqavilədir.

Müllerin xatırlatdığı kimi, Polşada beynəlxalq yardım mərkəzi fəaliyyətini davam etdirirdi və onun vasitəsilə Ukraynaya silah tədarükü həyata keçirilir.

Xatırladırıq ki, Polşa müharibənin ilk aylarında Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq üçün əsas rol oynayan tanklar, zirehli texnikalar, təyyarələr və döyüş sursatları verib.

Bir gün əvvəl Polşanın baş naziri Mateuş Moravietski demişdi ki, Polşa artıq Ukraynanı heç bir silahla təmin etmir. O, bildirib ki, Polşa indi öz ordusu üçün müasir silahlar alır və artıq böyük sifarişlər verib.

Bundan əvvəl Polşa Ukrayna silahlı qüvvələrinə təxminən 3 milyard dollar dəyərində MiQ-29 təyyarələri, T-72 və 14 Leopard 2 tankları, artilleriya mərmiləri və digər döyüş sursatları, daşınan yer-hava raket sistemləri, pilotsuz uçuş aparatları təhvil verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122859