Piter Teys ABŞ və Çin liderlərinin 2 saat 20 dəqiqəlik telefon söhbətinin detallarını açıqladı

image-thumb600x0-19backend

“Telefon danışığında ABŞ-ın daha çox can atdığı iki ölkə liderinin üzbəüz görüşünə nail olmaq idi. Əgər bu baş tutsa, Co Baydenin Çin rəhbəri ilə bu ilk görüşü olacaq”.

Bu fikirləri Bizim.Media-ya amerikalı ekspert Piter Teys açıqlayıb. Ekspertin sözlərinə görə Çin Xarici İşlər Nazirliyinin bəyanatında isə belə bir görüşdən bəhs edilməyib və yalnız iki şəxsin ünsiyyəti davam etdirməyə razı olduqları bildirilib:

“Dünyanın iki ən böyük iqtisadi nəhəngi arasında beşinci söhbət, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə əlaqədar məhz bu ada haqqında oldu. Rəsmi Pekin səfərin davam edəcəyi təqdirdə Tayvana “güclü” cavab veriləcəyi barədə xəbərdarlıq edib”.

Amerikada yaşayan ekspertin şərhində liderlər arasında baş verən 2 saat 20 dəqiqəlik söhbət konstruktiv olduğu və söhbət zamanı iqtisadi və geosiyasi nəticələrə də aid bir çox məsələlərə toxunulduğu bildirilib:

“Maraqlıdır ki, tərəflərdən heç biri müzakirələri “konstruktiv” adlandırmayıb. Bu termin liderlər arasında keçmiş telefon görüşündən sonra çinlilərin istifadə etdiyi termindir. ABŞ-ın Çindəki səfiri Nikolas Börns iyun ayında demişdi ki, Pekinlə münasibətlər keçmiş prezident Riçard Niksonun 1972-ci ildə bu ölkəyə əlamətdar səfərindən sonra, “ən aşağı həddə” qədər pisləşib. Ümumilikdə liderlərin birbaşa danışığı ABŞ-Çin münasibətləri üçün yaxşı başlanğıcdır və bu müzakirələr beynəlxalq aktorlar və Avrasiyadakı digər dövlətlər üçün faydalı olacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90